VAKANSİYA

“Silk Way Helicopter Services” işçi axtarır - VAKANSİYA
14 DEKABR 2018
3955

“Silk Way Helicopter Services” işçi axtarır - VAKANSİYA

2018-12-14 19:28:00

Şirkətin adı: “Silk Way Helicopter Services” MMC (aviasiya şirkəti).
Vəzifə: Texniki xidmət üzrə aparıcı mütəxəssis – auditor.

İxtisas tələbləri:

• Ali texniki aviasiya təhsili,
• 1 ildən az olmayaraq aviasiya texnikasının istismarı üzrə iş təcrübəsi olmalıdır;
• Azərbaycan, rus və ingilis dillərində səlis danışıq;
• Offis kompüter proqramları yüksək səviyyədə (MS Word, Excel, İnternet və s.);
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Güclü ünsiyyət və danışıq qabiliyyəti; 
• Komandada işləmək bacarığı;

Vəzifə və öhdəlikləri

•  Öz işində rəhbərliyin müvafiq göstəriş, əmr və sərəncamlarını rəhbər tutaraq, mövcud qanunvericiliyə uyğun vəzifələrin yerinə yetirilməsini təmin etməli;
•  Rəhbərliyə  işin təşkilində  daxili və xarici audit plan və proqramının hazırlanmasında və digər məsələlərdə kömək etmək;
•  Müəssisənin fəaliyyəti sahəsində daxili və xarici yoxlamalar, həmçinin daxili qiymətləndirmə   proseslərini həyata keçirmək;
•  Planlaşdırılmış daxili auditlərin vaxtında keçirilməsi üçün müvafiq tədbirləri görmək;
•  Texniki xidmət üzrə struktur bölmələrin (şöbələrin) fəaliyyətinin prosesində keyfiyyət sahəsində tədbirlərin keçirilməsi və onların təmin olunması üzrə işlər aparmaq;
•  Texniki xidmət üzrə daxili və xarici yoxlamalar (auditlər) nəticəsində tərtib olunmuş sənədlərin və materialların düzgün aparılmasını təmin edir, ümumi qiymətləndirmə və digər proseslərini müəyyən olunmuş qaydada aparılmasını, həmçinin onların təminatını və nəzarətini həyata keçirmək;
•  Texniki xidmət sahəsində aparılan hər bir daxili və xarici yoxlamalar (auditlər) nəticəsində toplanan məlumatlar və bu sahədə aparılan işlər, həmçinin yekun toplanan materiallar üzrə aparılmış təhlili barədə öz rəhbərinə geniş məlumat vermək; 
•  İcraatında olan sənədlərin lazımi qaydada və vaxtında icra olunmaqla müəyyən olunmuş  qaydada qeydiyyatını aparmaq;
•  Mövcud ümumi çatışmamazlıqlar haqqında rəhbərliyinə yazılı və şifahi məruzə etmək;

İş qrafiki

5 günlük, 09.00-dan 18.00-dək (nahar fasiləsi 13.00-14.00)
İstirahət günləri – şənbə, bazar.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Texniki xidmət üzrə aparıcı mütəxəssis - auditor”  yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269