VAKANSİYA

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA
07 DEKABR
2150

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA

2018-12-07 19:51:00

"Veysəloğlu Şirkətlər Qrupu" Satış müdiri vəzifəsinə işçi axtarır 

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi
Təhsil: Müvafiq sahədə ali təhsil
Yaş həddi: 25-40

İşin təsviri: Satış şöbəsi ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək, habelə bütün xidmət standartlarına riayət edilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

- Şirkətin məhsulları üçün potensial bazarları müəyyənləşdirmək məqsədilə sorğular keçirmək;
- Mövcud  çeşidlərin yeniləri ilə  əvəz  olunması üçün  rəhbərliyə təkliflər  vermək;
- Şirkətin müştərilərlə əlaqələrini inkişaf etdirmək;
- Satış proqnozları və strateji planlaşdırmadan istifadə edərək məhsulların rentabelliyi və satışını müəyyənləşdirmək, biznesin inkişafını analiz etmək və bazar tendensiyalarının monitorinqini aparmaq;
- Satış nöqtələri ilə əldə edilən razılaşmaya əsasən (rəf payı, düzülüş) tətbiq edilən kampaniyaların şərtlərinin həyata keçirilməsini yoxlamaq və hesabat halına salmaq;
- Direktor ile birliktə rüblük satış hədəflərini təyin etmək və bu hədəflərə nail olmaq üçün fəaliyyət proqramı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
- Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək;
- Müştərilərin məlumat bazasının dəqiqlik və mükəmməllik üçün satış proqramlarının monitorinqini təmin etmək.

Tələblər:

-  Satış dövriyyəsi sahəsində rəhbər vəzifədə iş təcrübəsinin olması;
- Fərdi söhbət və problemi həlletmə bacarıqlarına malik olmaq;
- Liderlik qabiliyyəti;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış müdiri” yazmaqla CV göndərərək müraciət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256