VAKANSİYA

"Az-Granata" işçi axtarır - VAKANSİYA
02 DEKABR
3025

"Az-Granata" işçi axtarır - VAKANSİYA

2018-12-02 16:47:00

 Az-Granata MMC İxrac şöbəsi mütəxəssisi vəzifəsinə işçi axtarır 

İş yeri: Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli 19A
Əmək haqqı: 700-800 AZN
İş qrafiki : 5 günlükdür

İş barədə məlumat:

• İxracla bağlı tələb olunan sənədlərin hazırlanması və müvafiq sertifikatların dövlət qurumlarından alınması.
• Mövcud müştərilərlə mütəmadi əlaqələrin saxlanılması və  görüşlərin keçirilməsi.
• Yeni müştərilərlə əlaqələrin yaradılması, görüşlərin keçirilməsi  və ixrac olunan məhsulların təqdimatı.
• Məhsul ixrac edildikdən sonra müştərilərə həmçinin aidiyyəti department/şöbələrə və banklara məlumat və hesabatların verilməsi.
• Müştərilərdən qəbul edilən sifarişlərin istehsalat sektoru ilə koordinasiyasını təmin etmək.
• ixrac ediləcək məhsul çeşidlərinin daşınması ilə bağlı qəbul edilmiş müəyyən standartlara  uyğun olaraq sifarişlərin dəqiqləşdirilməsi.
• İxrac sərgi və missiyalarında iştirak etmək.
• Agent müqavilələrinin və tələbnamələrinin hazırlanması ,komissiyaların ödənilməsi işini koordinasiya etmək.

Namizədə tələblər:

• Müvafiq və ya oxşar sahə üzrə ali təhsil 
• İxrac sahəsində minimum 1 il iş təcrübəsi
• Ofis proqamları: MS office (word,excel); Photoshop
• Rus və İngilis dili bilikləri
• Çeviklik, punktuallıq, məsuliyyətlilik, təşəbbüskar olmaq, stresli mühitdə işləmə bacarığı, danışıq və ünsiyyət qabliyyəti
• Ezamiyyətə gedə bilmə imkanı

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını   [email protected] e-mail ünvanına 14.12.2018 ci il tarixinə qədər mövzu yerində “İxrac şöbəsi mütəxəssisi” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256