VAKANSİYA

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA
02 DEKABR
2667

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA

2018-12-02 16:16:00

 "Veysəloğlu Şirkətlər Qrupu" ERP mütəxəssisi və inzibatçısı əzifəsinə işçi axtarır 

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahədə 1-3 il iş təcrübəsi
Təhsil: Texniki sahələr üzrə ali təhsil
Yaş həddi: 23-32 yaş

İşin Təsviri: ERP proqramlarda işləmə, yazılım, dəstək və proseslərin analiz edilməsi.

Vəzifə öhdəlikləri:

- ERP proqramlarda işləmə, yazılım və dəstək işlərinin görülməsi;
- Şirkətin iş prinsipini və baş verən prosesləri analiz etmək;
- Proqram təminatlarında optimallaşdırma işləri aparmaq və onlara müntəzəm texniki dəstək vermək;
- Yeni yaradılmış proqramların ilkin testlərinin və istifadəçi tədrislərinin həyata keçirilməsi;
- İş proseslərinin analiz edilməsi və texniki tapşırıqların hazırlanması.

Tələblər:

- İT ERP proqram inzibatçısı, proqram dəstəyi, proqram mütəxəssisi  və sair bu kimi vəzifələrdə minimum 1 il iş təcrübəsinin olması;
- Proqramlaşdırma məntiqinin olması və proqram yazılma texnologiyasını bilməsi;
- SAP, Logo və sair bu kimi ERP proqramların əsas modullarının funksiya və imkanları üzrə biliklərin olunması;
- ERP layihələrdə iştirak edənlərə və Logo Tiger proqramında işləyə bilənlərə üstünlük veriləcəkdir;
- İngilis dili biliyi;
- Rus dili biliyi arzuolunandır;
- Alqoritmik düşüncə qabiliyyəti, problem həll etmə bacarığı;
- Yüksək İQ, dəqiqlik, stresə davamlılıq, çeviklik.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “ERP mütəxəssisi və inzibatçısı” yazıb CV göndərərək müraciət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256