VAKANSİYA

“Bank Respublika” işçi axtarır - VAKANSİYA
28 NOYABR
1815

“Bank Respublika” işçi axtarır - VAKANSİYA

2018-11-28 19:55:00

Bank Respublika” ASC “Kredit üzrə arxa ofis mütəxəssisi (Bakı və Bərdə filialı)” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Bank proqramında CIF (Customer Information File) və hesab açmaq;
• Kredit, qarantiya və akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
• Qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;  
• Kredit qovluğunu və onun elektron fotosurətini yaratmaq;
• Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə və bankdaxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyət təhsili arzu olunandır)
• İş təcrübəsi: aidiyyatı sahə üzrə iş təcrübəsi 
• Azərbaycan dili- əla (yazılı və şifahi ), İngilis dili- əla (yazılı və şifahi ); Rus dili- yaxşı
• Komputer bilikləri. Microsoft Office Programs (Word,Excel),
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 dekabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Kredit üzrə arxa ofis mütəxəssisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256