VAKANSİYA

"Kapital Bank" işçi axtarır - VAKASİYA
28 NOYABR
1986

"Kapital Bank" işçi axtarır - VAKASİYA

2018-11-28 19:52:00

Kapital Bank namizədləri Marketinq Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin Aparıcı və Baş Mütəxəsisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Şöbənin daxili və xarici kommunikasiya üçün hazırladığı bütün mətnlərin (press reliz, məlumat, məktub və b) rus və ingilis dillərinə tərcümə edilməsi; 
• Banka məxsus rəsmi saytlarda yerləşdirilən məlumatların rus və ingilis dillərinə tərcüməsinin təmin edilməsi;
• Bank tərəfindən keçirilən reklam kampaniyaları, müxtəlif növ aksiyalar, tədbirlər və s. üçün sloqanların və mətnlərin düşünülməsi, digər tədbirlərin keçirilməsində fəal iştirak etmək;
• Tələbat olduqca radio və TV ssenarilərinin hazırlanmasında fəal iştirak etmək;
• KSM layihələrin təşkilində fəal iştirak etmək.

Tələblər

• Dilçilik və humanitar sahə üzrə ali təhsil;
• Kopiraytinq və tərcümə sahəsi üzrə 3 illik iş təcrübəsi;
• Analitik düşünmə qabiliyyəti;
• Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
• Fərdi və komanda tərkibində işləmək bacarığı;
• Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 27 dekabr 2018-ci il tarixindən gec olmamaq şərtilə  [email protected] e-poçtuna Subject/Mövzu hissəsində " Marketinq Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin Aparıcı və ya Baş Mütəxəsisi " qeyd etməklə göndərə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256