VAKANSİYA

“Bank Respublika” işçi axtarır - VAKANSİYA
26 NOYABR
1143

“Bank Respublika” işçi axtarır - VAKANSİYA

2018-11-26 19:03:00

Bank Respublika ASC “Əməliyyatçı (Xaçmaz filialı)” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  •          Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  •          Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
  •          Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
  •          Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
  •          Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
  •          Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
  •          Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  •          Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək. 

Namizədə qarşı tələblər:

  •          Təhsil: ali (yeni məzunlarda müraciət edə bilər)­
  •          Dil bilikləri: Azərbaycan dili (əla)
  •          Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
  •          Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  •          Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  •          Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  •          Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

 

Sizə nə təklif edirik?

 

  •          Əməliyyat üzrə geniş bilgilər və təcrübə;
  •          Əlverişli iş mühitində çalışmaq imkanı;
  •          Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 dekabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Əməliyyatçı (Xaçmaz filialı)” qeyd edərəkHR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256