VAKANSİYA

"Atəşgah" sığorta işçi axtarır - VAKANSİYA
24 NOYABR
2088

"Atəşgah" sığorta işçi axtarır - VAKANSİYA

2018-11-24 21:31:00

«Atəşgah» Sığorta Şirkəti Müştəri xidmətləri şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır

Namizədə tələblər

• Yaş: 22-30
• Təhsil: Ali
• Xoş xarici görünüşlü   xanım namizədlər 
• İş təcrübəsi: Müştəri xidmətlərində  (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan dili (Əla), Rus dili(Əla ),Ingilis dili (arzuolunadır)

Əsas vəzifə öhdəlikləri

• Müştəriləri qəbul etmək və onların sığorta hadisəsinin tənzimlənməsi ilə bağlı suallarını cavablandırmaq
• Müştərilərdən sənədləri qəbul etmək
• Qəbul olunmuş sənədləri texniki, hüquqi və maliyyə ekspertiza etmək
• Sığorta aktlarını və imtina məktublarını tərtib etmək
• Müştərilərə hadisələrinin statusu barədə məlumat vermək;
• Sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı müvafiq sorğular tərtib etmək
• Sığorta dələduzluğuna cəhd hallarının aşkar olunması və qarşısının alınması

Şəxsi keyfiyyətlər 

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı sınaq müddətində 400 AZN
• Sınaq müddətindən sonra 500 AZN

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur

• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Müştəri xidmətləri şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256