VAKANSİYA

"Azersun Holding" işçi axtarır - VAKANSİYA
21 NOYABR
1548

"Azersun Holding" işçi axtarır - VAKANSİYA

2018-11-21 11:59:00

"Azersun Holding" Brend meneceri vəzifəsinə işçi axtarır 

Namizədə aid tələblər:

• Ali təhsilli (Marketinq sahəsində) olmalı; 
• Müvafiq sahədə ən azı 5 il iş təcrübə; 
• Dil bilikləri: Rus, İngilis 
• MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı; 
• Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli.

İş haqqında məlumat:

• Məhsul idarəsində olan məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, məhsul/markaların ideya mərhələsində istehlakçılara çatdırmaq və hətta istehlakçılardan gələcək geri dönüşlərini dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq; 
• Istehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq; 
• Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək; 
• Şirkətin ixrac etdiyi markaların vəziyyətini görə bilmək, ixrac edilən ölkədəki trendləri, dinamikanı izləmək üçün mütəmadi qeyd edilən ölkələri ziyarət etmək; 
• Məhsulun qablaşdırması, reklam, çap materiallarının məhsul və marka bütünlüyünə uyğun olmasını təmin etmək; 
• Marka/məhsul performansını müşahidə edərək təhlil etmək; 
• Məhsul və marka ilə əlaqədar Şirkətin illik kommunikasiya, reklam, media, PR hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək; 
• Reklam (TV, Açıq hava, Radio, mətbuat) briflərini, POP materiallarını hazırlamaq və işin gedişatına nəzarət etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 21.12.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Brend meneceri”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256