VAKANSİYA

"Metak" işçi axtarır - VAKANSİYA
19 NOYABR
2784

"Metak" işçi axtarır - VAKANSİYA

2018-11-19 19:17:00

"Metak" Kadrların uçotu və nəzarəti üzrə mütəxəssis

İşin təsviri:

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
• İşçilər barədə məlumat bazası ilə işləməsi, müvafiq məlumatların ERP proqrama daxil edilməsi və məlumatların daima yenilənməsinin təmin edilməsi;
• e-gov hökümət portalında əməliyyatların aparılması;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
• Davamiyyətin izlənilməsi;
• Kadr sənədləşməsinə mütəmadi nəzarət edilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
• Əmək məcəlləsi üzrə biliklər;
• MS Office proqramları üzrə biliklər;
• Yüksək ünsiyyət qurma bacarığı və komanda işinə uyğunluq;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı.

İş şərtləri:

• Həftədə 5 iş günü, 09:00 – 18:00;
• Nahar şirkət hesabına verilir;
• Servis xidməti fəaliyyət göstərir.

Əmək haqqı müsahibə əsasında müəyyən olunacaqdır.

Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=73
20.12.2018–ci il tarixinə kimi müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256