VAKANSİYA

"Bank Respublika” işçi axtarır - VAKANSİYA
16 NOYABR 2018
2599

"Bank Respublika” işçi axtarır - VAKANSİYA

2018-11-16 20:03:00

Bank Respublika” ASC  “Kredit portfelinin idarə olunması şöbəsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

• Gecikdirilmiş kreditlərlə işin təşkili və təqib prosesinin aparılması;
• Kreditin ödənişinə yönümlü tədbirlərin effektiv həyata keçirilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Təcrübə: bank sahəsində və ya problemli kreditlərlə iş prosesində təcrübə arzu olunandır;
• Dil bilikləri: Azərbaycan dili (əla), 
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 noyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Kredit portfelinin idarə olunması şöbəsinin mütəxəssisi” qeyd edərək [email protected]elektron ünvanına göndərə bilərlər.

• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256