VAKANSİYA

“Bank Respublika” Zəmanət və akkreditivlər üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir
13 NOYABR
581

“Bank Respublika” Zəmanət və akkreditivlər üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir

2018-11-13 20:01:00

Bank Respublika ASC “Zəmanət və akkreditivlər üzrə aparıcı mütəxəssis (Trade Finance)” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  •          Beynəlxalq müqavilələri və digər əlaqəli sənədləri ekspertiza etmək;
  •          Beynəlxalq zəmanət və akkreditivlərin şərtlərini müzakirə edilmək, SWIFT mətnini hazırlamaq;
  •          Zəmanət və akkreditivlərlə bağlı ərizələrin təhlilində kredit mütəxəssislərinə dəstək olmaq, müştəri ehtiyaclarını və təkliflərini müəyyənləşdirmək və uyğun həlli yolu tətbiq etmək;
  •          Beynəlxalq əməliyyatlarla bağlı müxbir banklarla və müştərilərlə əlaqə qurmaq;
  •          Sənədli əməliyyatlar portfelinə nəzarət etmək və müvafiq hesabatları hazırlamaq;
  •          Kredit mütəxəssisləri ilə qarşılıqlı əlaqə saxlamaq və Sənədli əməliyyatlar məhsullarının satışına dəstək vermək;
  •          Zəmanət və akkreditivlər ilə bağlı kredit mütəxəssislərinə təlimlər keçirmək;
  •          Zəmanət və akkreditivləri icra etmək (həm kağız daşıyıcısında, həm də SWIFT vasitəsilə);
  •          Zəmanət və akkreditivlərin qeydiyyatını aparmaq (balansdankənar, təminat, komissiya və örtükərin qeydiyyatı) və portfelinə nəzarət etmək.

Namizədə qarşı tələblər:

  •          Ali təhsil
  •          Ticarətin maliyyələşdirilməsi və ya Sənədli əməliyyatlar sahəsində  ən azı 2 il iş təcrübəsi (Əməliyyatların icraçısı olması önəmlidir);
  •          Zəmanət və akkreditivlərlə bağlı qanunvericilik, URDG 758 və UCP 600-üz son nəşri barədə biliklər;  
  •          Bank əməliyyatları barədə biliklər;
  •          SWIFT sistemində işləmə qabiliyyəti, Sənədli əməliyyatlara aid formatları təhlil və icra etmək qabiliyyəti
  •          Aidiyyatı sənədləri təhlil etmə qabiliyyəti;
  •          Müqavilələrlə işləmə bacarıqları;

Sizə nə təklif edirik?

  •          Əlverişli iş mühitində çalışmaq imkanı;
  •          Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 noyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Zəmanət və akkreditivlər üzrə aparıcı mütəxəssis (Trade Finance)” qeyd edərəkHR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256