VAKANSİYA

“Bank Respublika” aqro və mikro kredit mütəxəssisi vəzifəsinə vakansiya elan edir
13 NOYABR
872

“Bank Respublika” aqro və mikro kredit mütəxəssisi vəzifəsinə vakansiya elan edir

2018-11-13 19:56:00

Bank Respublika ASC  “Qax filialı üzrə aqro və mikro kredit mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri: 

  •          Bankın aqro və mikro kredit məhsulları üzrə müştəriləri cəlb etmək;
  •          Aqro və mikro kredit məhsulları üzrə biznes təhlilini aparmaq;
  •          Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək. 

Namizədə qarşı tələblər: 

  •          Ali təhsil;
  •          Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq;
  •          Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  •          Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  •          Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  •          Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik? 

  •          Əlverişli iş mühitində çalışmaq imkanı;
  •          Karyera və inkişaf perspektivləri;
  •          Rəqabətli əmək haqqı və bonus qazanma imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 noyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Qax filialı üzrə aqro və mikro kredit mütəxəssisi” qeyd edərəkHR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

  •          Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
  •          Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256