VAKANSİYA

“Mətanət A” şirkəti 5 vakansiya üzrə işçi axtarır
13 NOYABR
3795

“Mətanət A” şirkəti 5 vakansiya üzrə işçi axtarır

2018-11-13 13:09:00

“ Mətanət A” şirkəti Satınalma üzrə Aparıcı mütəxəssis vakansiyasını elan edir

Vəzifə öhdəlikləri 

  •   Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
  •   Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
  •   Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
  •   Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
  •   Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
  •   Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
  •   Logistika və nəqliyyat nəzarətinin təşkili;
  •   Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi.
  •   Alınan malların keyfiyyətinə nəzarət;
  •   Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
  •   Gömrüklə işləmə bacarığı;
  •   Satınalma sənədlərini hazırlama qabiliyyəti.

Təhsil/Təcrübə: 

  •   İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;
  •   Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;
  •   Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  •   Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
  •   Təchizat zənciri haqqında ümumi biliklər;
  •    İncoterms 2010;
  •   Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;
  •   Komanda işinin təşkili;
  •   Yaş həddi: 25-35;
  •   Kompüter biliyi: MS Office  (Word, Excel);
  •   Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir; 

İş şəraiti:

  •   İş saatı: 09-00-dan 18-00-dək;
  •   İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

  •   Razılşama yolu ilə. 

Qeyd: 

  •   İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  •   CV-ləri [email protected] ünvanına göndərin.

 

Xarici satınalma üzrə mütəxəssis

İşin təsviri:

  • Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
  • Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
  • İstehsalçı fabrikalardan qiymətlərin alınması, maliyyətinin çıxarılması;
  • Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
  • Alınan malların keyfiyyətinə nəzarət.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və bazar günü. 

Əmək haqqı:

  • Razılaşma yolu ilə;

Tələblər:

  • Təhsil: Ali (bakalavr);
  • Yaş həddi: 25-45;
  • Kompüter biliyi: MS Office  (Word, Excel);
  • Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
  • 5 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

  • Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olan,  beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
  • Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
  • Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
  • Satınalma sənədlərini hazırlama qabiliyyəti;
  • Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
  • Gömrüklə işləmə təcrübəsi;
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
  • Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
  • Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli. 

Qeyd:

  •   İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  •  Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə              götürülmürlər;
  •   CV-ləri [email protected] ünvanına göndərin.

“Mətanət A” şirkəti  Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis vakansiyasını elan edir

        İşin təsviri:

 

  • İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq;
  • Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,
  • Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;
  • Təlimatların, iş axını sxemlərin, nəzarət kartların  hazırlanması və razılaşdırlmasını təmin etmək;
  • İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
  • Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə  daxili auditlərinin aparılması;
  • İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
  • Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;

     Əmək haqqı:

  • Razılaşma yolu ilə. 

     İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və bazar günü.

      Tələblər:

  • Yaş həddi: 28-40
  • Ali təhsilli (menecment, və ya  standartlaşdırma və sertifikasiya sahəsində), və ya  texniki yönümlü ali təhsil
  • İş təcrübəsi: Bu sahə üzrə minimum 2  il təcrübə;
  • Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində  müvafiq kurslarda iştirak. (İSO    9001:2015, İSO    9001:2015 sertifikatlara malik olması); 
  • İSO    14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində  müvafiq kurslarda iştirak. (İSO    14001:2015 sertifikatlara malik olması);
  • KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak;
  • Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır;
  • Microsoft Office proqramlarını əla səviyyədə bilməli; 

     Şəxsi keyfiyyətləri:

  • Liderlik;
  • İşə planlı yanaşma;
  • Fikrini izah etmək qabliyyəti;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Fəallıq.

     Əlavə şərtlər:

  • Ezamiyyət imkanları;

     Əlavə tələblər:

  • Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

      Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
  • Maraqlananlar saytda onlayn-anketi dolduraraq [email protected]ünvanına göndərə bilərlər.

Mətanət A” şirkəti İnsan Resursları Departamentinin direktoru vakansiyasını elan edir

Vəzifə öhdəlikləri:

  •   Əmək Məcəlləsinə uyğun olaraq insan resurslarının idarə edilməsi siyasətinin həyata keçirilməsi;
  •   Qayda və daxili prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak;
  •   Daxili prosedur və proseslərə əsaslanaraq işçi axtarma, seçmə və yerləşdirmənin təmin edilməsi ;
  •   Ehtiyat kadr bazasının yaradılması; 
  •   Təsdiq olunmuş daxili qaydaların icra edilməsinə nəzarətin həyata keçirilməsi;
  •   Əməkdaşların attestasiyadan keçirilməsinin təşkil edilməsi;
  •   İşə qəbul olunan yeni əməkdaşların istiqamətləndirilməsi, adaptasiya olunmaları üçün dəstəyin göstərilməsi;
  •   Yüksək potensialı olan işçilərin aşkar edilməsi və onların stimullaşdırılması ilə bağlı rəhbərliyə təqdimatların verilməsi;
  •   Əməkdaşların ixtisasartırma kurslarına göndərilməsi;
  •    Kadrlar üzrə müfəttişlərin işinin təşkili və ona rəhbərliyin edilməsi;
  •    Şirkətin KSM siyasətinə dəstəyin verilməsi, plana əsasən müxtəlif layihələrin həyata keçirilməsi.

 

Tələblər:

  •   Ali təhsil (Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində olması arzuolunandır) 
  •    İş təcrübəsi: İnsan resurslarının idarə edilməsi sahəsində minimum 5 il  təcrübəsinin   olması 
  •   Yaş həddi: 30-45
  •   Dil bilikləri: (azərbaycan, ingilis, rus - əla səviyyədə) 
  •   Kompüter biliyi: Microsoft office, Internet Explorer və Outlook

Şəxsi keyfiyyətlər

 

  •   Liderlik xüsusiyyətləri
  •   Analitik düşüncə
  •   Ünsiyyət yaratmaq bacarığı
  •   İşə planlı yanaşma

İş şəraiti:

  •   İş saatı: 09-00-dan 18-00-dək
  •   İstirahət: Şənbə və bazar günü

Əmək haqqı:

  •   Razılaşma yolu ilə

Tələblərə uyğun gələnlər və Azərbaycanın ən aparıcı şirkətlərindən biri olan “Mətanət A” – da perspektivli karyera qurmaq istəyənlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

“Mətanət A” şirkəti  Maliyyə üzrə Analitik vakansiyasını elan edir

İşin təsviri:

  •    Şirkətin fəaliyyətini təhlil edir;
  •    İnvestisiya qərarlarının qəbulu zamanı gələcəkdə istifadə məqsədilə iqtisadi şəraitin  proqnozlaşdırılması, gələcək gəlir və xərclərin hesablanması üçün maliyyə məlumatlarını  təhlil edir;
  •   Müqavilələrin bağlanılmasının məqsəd yönlülüyünü təhlil edir;
  •   İqtisadi, hüquqi və sahəvi məlumatları, həmçinin şirkətin maliyyə hesabatları və maliyyə  üzrə dövri məlumatı toplayır;
  •    Maliyyə göstəricilərini hesablayır;
  •    Maliyyə tədqiqatlarını həyata keçirir;
  •    Maliyyə riskinin səviyyəsini qiymətləndirir;
  •    İnvestisiyalaşma və alqı – satqı əməliyyatlarının vaxtı haqqında zəmanət verir;
  •    Maliyyə hesabatını hazırlayır;
  •    Dəyərin qiymətləndirilməsinin statistik metodlarından istifadə edir.

İş şəraiti: 

  •   İş saatı: 09-00-dan 18-00-dək;
  •   İstirahət: Şənbə və  bazar günü; 

Əmək haqqı:

  •   Razılaşma yolu ilə; 

Tələblər: 

  •   Təhsil: Ali (İqtisadi)-Xaricdə təhsil alanalara üstünlük verilir;
  •   İş təcrübəsi:3-5 il iş təcrübəsi;
  •   Yaş həddi:30-45 yaş;
  •   Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili
  •   Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətləri:

  •   İşə planlı yanaşmaq bacarığı;
  •   Yüksək ünsiyyət bacarığı;
  •   Nitq mədəniyyəti;
  •   Təmkinlilik, etibarlılıq, özünə inamlı;
  •   Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Qeyd

  •   İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  •   Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;
  •   Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin

 

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256