VAKANSİYA

"Azərbaycan Beynəlxalq Bank" işçi axtarır - VAKANSİYA
12 NOYABR
2807

"Azərbaycan Beynəlxalq Bank" işçi axtarır - VAKANSİYA

2018-11-12 20:21:00

ABB” ASC  İri Korporativ Müştərilərin Kreditləşməsi Şöbəsinə maliyyə təhlili üzrə təcrübəçi axtarışındadır.

Vəzifə öhdəlikləri:

 Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
 Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
 Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
 Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.

Vakant vəzifə üzrə tələblər:

 Mühasibatlıq/Maliyyə/Biznesın idarəedilməsi sahələrində yeni bitimiş gənclərə üstünlük veriləcəkdir;
 CFA Səviyyəsi üzrə müəyyən bilgilərə sahib olmaq;
 Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi üstünlükdür;
 MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
 Analatiki bacarıqlar, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın kreditləşmə sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
 İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
 Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;
 Təşkilatların maliyyə analizlərinin aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  25 noyabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “Təcrübəçi - Maliyyə Təhlili” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255