VAKANSİYA

“Bank Respublika” işçi axtarır - VAKANSİYA
06 NOYABR
1900

“Bank Respublika” işçi axtarır - VAKANSİYA

2018-11-06 20:27:00

Bank Respublika ASC  “Kart texnologiyalarının inkişafı üzrə baş mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Yerli və xarici bazarda mövcud kart texnologiyalarını təhlil etmək;
• Bankda yeni kart texnologiyalarının inkişafına dair təkliflər vermək;
• Emissiya və ekvayrinq sahəsində innovasiyaların tətbiqi ilə bağlı layihələr həyata keçirmək;
• Yeni kart texnologiyaların tətbiqi ilə bağlı layihələri qiymətləndirmək və kart biznesinin inkişafına təsirini proqnozlaşdırmaq;
• Aparılan layihələr çərçivəsində ödəniş sistemləri, prosesinq şirkəti, kart və kart sistemləri vendorları ilə qarşılıqlı əlaqələr qurmaq; 
• Yeni kart texnologiyalarının tətbiqi ilə bağlı prosesi təşkil etmək, daxili struktur bölmələri tərəfindən icrasına nəzarət etmək; 
• Mövcud kart məhsul və xidmətlərin inkişafı məqsədilə istifadə edilən kart texnologiyalarının təkmilləşdirilməsinə dair təkliflər vermək, bu sahədə aparılan layihələrdə fəal iştirak etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil; 
• Bank kartları sahəsində ən azı 5 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri yaxşı;
• Kart məhsul və xidmətlərinin yaradılması barədə biliklər;  
• Kart texnologiyalarının xüsusiyyətləri barədə biliklər;
• Kart vendorları, ödəniş sistemləri, prosesinq şirkətinin nümayəndələri ilə danışıqların aparılması təcrübəsi;    
• Kart proseslərini təhlil etmə qabiliyyəti;
• Komandada işləmək və digər struktur bölmələri ilə əlaqələr qurmaq bacarıqları;
• Layihələrin aparılması bacarıqları;
• Təşəbbüskarlıq və  məqsədyönlülük.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 noyabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kart texnologiyalarının inkişafı üzrə baş mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258