VAKANSİYA

"AccessBank" işçi axtarır - VAKANSİYA
06 NOYABR
1812

"AccessBank" işçi axtarır - VAKANSİYA

2018-11-06 20:17:00

"AccessBank" Xəzinədarlıq Departamentində Köməkçi vəzifəsinə işçi axtarır 

Tələblər:

 Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat üzrə bakalavr dərəcəsi
 Güclü analitika bacarığı, detallara diqqət
 Dil biliyi: Azərbaycan və Rus mükəmməl, İngilis dili yaxşı səviyyədə
 Yazılı və şifahi kommunikasiya bacarığı
 Bütün namizədlər maliyyə/riyaziyyat üzrə testdən keçməlidir

Vəzifələr:

 Likvidlik və faiz dərəcəsi riskləri üzrə hesabatların hazırlanması, Bankın risk limitlərinin idarə edilməsi
 Maliyyələşmə xərcləri və faiz risklərinə əsasən bank məhsullarının daxili qiymətləndirilməsi
 Bankın yerli və beynəlxalq tərəfdaşları ilə ünsiyyət
 Departament daxilində digər gündəlik vəzifələr, dokumentasiya, əməliyyatlara nəzarət.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257