VAKANSİYA

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA
02 NOYABR
4492

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA

2018-11-02 20:57:00

"Veysəloğlu Şirkətlər Qrupu" Nəqliyyat Departamenti Müdiri vəzifəsinə işçi axtarır 

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 5 il
Təhsil: Nəqliyyat sahəsi üzrə ali təhsil
Yaş həddi: 35-50
İşin Təsviri: Nəqliyyat Departamenti daxilində bütün fəaliyyət və funksiyaları idarə etmək.

Vəzifə öhdəlikləri:

- Nəqliyyat bölməsinin işini ümumi müəssisə strategiyasına sinxronlaşdırılmasının təmin edilməsi;
- İllik nəqliyyat büdcəsinin planlanması, büdcə limitləri çərçivəsində səmərəli şəkildə istifadə edilməsi; 
- Gündəlik çatdırılma fəaliyyətinin səmərəli şəkildə təmin olunması məqsədilə  resursların və işlərin effektiv planlaşdırılması və həyata keçirilməsi;
- Satınalma strukturuna nəqliyyat üçün materialların, təchizat və avadanlıqların satın alınmasının tövsiyə edilməsi və səmərəliliyin təmin edilməsi üçün əlaqədar təkliflərin verilməsi;
- Qabaqcıl texnologiyaları tətbiq etməklə nəqliyyat sisteminin gələcək fəaliyyətinin təkmilləşdirilməsi;
- Departament əməkdaşlarının effektiv fəaliyyətinin təmin olunması;
- Nəqliyyat Departamentinə işə qəbul üzrə müraciət edən namizədlərin ixtisaslarının nəzərdən keçirilməsi və seçim üçün tövsiyələrin verilməsi.

Tələblər:

- Nəqliyyat üzrə (logistika, ticari daşımaçılıq) rəhbər vəzifələrdə ən azı 5 il iş təcrübəsi;
- Ölkədaxili və ölkəxarici logistika, distribusiya və təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
- Liderlik qabiliyyəti;
- Rus və ingilis dili biliyi;
- MS Office proqramları biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Nəqliyyat Departamenti Müdiri” yazmaqla CV göndərərək müraciət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255