VAKANSİYA

"Atəşgah" sığorta işçi axtarır - VAKANSİYA
01 NOYABR
2013

"Atəşgah" sığorta işçi axtarır - VAKANSİYA

2018-11-01 19:10:00

Həyatın qarışıq sığortası şöbəsinin mütəxəssisi 

Satış həcminin artması ilə bağlı Şirkət aşağıdakı tələblərə cavab verən namizədlər axtarır:

Namizədə tələblər

  •        Yaş: 23-32
  •        Təhsil: Ali
  •       İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
  •        Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili  (arzuolunadır)

Şəxsi keyfiyyətlər 

  •        Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  •        Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  •        Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  •        Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  •        Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

  •        Potensial müştərilərin axtarışını həyata keçirmək
  •        Potensial müştərilər bazasını tərtib etmək
  •        Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq sığorta proqramlarının təşkil edilməsinə dair məsləhətlər vermək
  •        Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
  •        Zəruri hallarda lazım olan sənədləri azərbaycan, ingilis və ya rus dillərinə tərcümə etmək
  •        Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
  •        Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək 

İş şərtləri

  •          Əmək müqaviləsi bağlanılır
  •          İş vaxtı 09:00 - 18:00
  •          İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  •          Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  •          Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  •          Sabit əmək haqqı sınaq müddətində 500 AZN
  •          Sınaq müddətindən sonra 600 AZN

 Məlumatlandırıcı qeydlər

  •        Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  •        CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  •        CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  •        Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  •        İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  •        Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  •        CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  •        İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

 

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Həyatın qarışıq sığortası şöbəsininin mütəxəssisi  qeyd etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251