VAKANSİYA

"Rabitəbank" işçi axtarır - VAKANSİYA
31 OKTYABR
2319

"Rabitəbank" işçi axtarır - VAKANSİYA

2018-10-31 20:14:00

Rabitəbank Gəncə, Şəki, Şamaxı, Masallı,  şəhərində yerləşən filiallarının Əməliyyat bölməsinə Mütəxəssis və Aparıcı mütəxəssis vəzifələri üzrə işə qəbul elan edilir!

Vəzifə öhdəlikləri:

• Ödəniş tapşırıqlarını bank sisteminə daxil edilməsi;
• Müştəri hesabları və müştəriyə aid bankdaxili hesablar üzrə bütün növ nağd və nağdsız əməliyyatların aparılması;
• XÖNKS, AZİPS, SWIFT üzrə əməliyyatların bank sisteminə daxil edilməsi;
• Fiziki və hüquqi şəxslərin sifarişlərinə və qaydalara uyğun olaraq bütün növ hesabların açılması;
• Müştərilərin müraciətinə əsasən hesab üzrə aparılan əməliyyatlar haqqında məlumatın verilməsi və ya hesablar üzrə çıxarışları hazırlanıb və müştərilərə təqdim edilməsi;
• Öz vəzifəsinə aid olan hesabatlar hazırlanması;
• Müştəri haqqında əldə edilən yeni məlumatları bank proqramına daxil edilməsi;
• Kredit, KÖMİS və HÖP sistemləri üzrə ödənişlərinin qəbul edilməsi;
• Vergi, məhkəmə, DSMF və digər icra orqanları tərəfindən qoyulmuş sərəncamların silinməsinin (sistemə daxil edilməsini) yoxlanması;
• Sürətli Pul Köçürmələri sistemi üzrə xidmətin göstərilməsi.

Vəzifəyə olan tələblər:

• Ali təhsil (maliyyə və iqtisadi təhsili olan namizədlərə üstünlük verilir);
• Bankın əməliyyat sahəsində 18-36 ay iş təcrübəsinin olması;
• MS Office proqramında peşəkar işləmə qabiliyyəti;
• Azərbaycan və rus dillərində sərbəst danışma;
• Yüksək kommunikasiya qurma bacarığı;
• Kollektivdə işləmə bacarığı, gülərüz, müştərilərlə yüksək nəzakətlə davranma bacarığı;

Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa CV-lərinizi mailın mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını göstərməklə [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yalnız ilkin incələmədən keçmiş namizədlər müsahibələrə dəvət alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257