VAKANSİYA

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA
30 OKTYABR
2128

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA

2018-10-30 21:02:00

"Veysəloğlu Şirkətlər Qrupu" Baş mühəndis (İnşaat mühəndisi)

İş yeri - Bakı şəhəri
İş təcrübəsi - 5 il
Təhsil: İnşaat mühəndisliyi üzrə ali təhsil

İşin Təsviri -Tikinti təşkilatının fəaliyyətinə texniki rəhbərliyi həyata keçirmək.

Vəzifə öhdəlikləri:

- Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərini və texniki siyasətini müəyyən etmək;
- Tikinti istehsalının, əməyin və idarəetmənin elmi əsasda təşkilinin təkmilləşdirilməsi, hesablama texnikasının tətbiqi, idarəetmə işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə tədbirlər görmək;
- İşlərin istehsal layihələrinin işləmələrini və icrasını, tikinti istehsalının texniki səviyyəsinin artırılması üzrə tədbirləri, yeni texnika və texnologiyanın tətbiqi planlarını, elmi-tədqiqat və təcrübə-konstruktiv işlərinin texniki-təşkilat tədbirlərini, tikintinin təşkili layihəsində nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsini təşkil etmək;
- Texnoloji intizama riayət olunmasına, tikinti norma və qaydalarının yerinə yetirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına nəzarəti həyata keçirmək;
- İstehsalın mühəndis hazırlığını, inşaat texnikasının istismarını, təmir və modernləşdirilməsini təmin etmək;
- Bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, istehsalatda əməyin təhlükəsizlik standartlarının hazırlanması və tətbiqi üzrə, həmçinin iş yerlərinin və texnoloji proseslərin attestasiyası üzrə işlərə başçılıq etmək;
- Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasını təmin etmək;
- Kadrların hazırlığını və ixtisas artırmasını təmin etmək;
- Əməyin mühafizəsi üzrə bölmələrin mühəndis-texniki işçiləri ilə ilkin təlimatın aparılmasına və işçilərin öyrədilməsinə nəzarət etmək.

Tələblər:

- Tikinti təşkilatlarında rəhbər və mühəndis-texniki vəzifələrdə 5 ildən az olmayaraq iş təcrübəsi;
- MS Office proqramları biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş mühəndis (İnşaat mühəndisi)” yazıb göndərməklə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258