VAKANSİYA

"Metak" işçi axtarır - VAKANSİYA
23 OKTYABR
3236

"Metak" işçi axtarır - VAKANSİYA

2018-10-23 20:29:00

"Metak" Metal boru xətt operatoru vəzifəsinə işçi axtarır

Boru profil xətlərində işləmiş, təcrübəli, işin incəliklərini mükəmməl bilən operatorlar tələb olunur

Namizədə tələblər:

• Ali və ya orta texniki peşə təhsili (istehsalat mühəndisliyi sahəsində təhsili arzuolunandır);
• Dəmir metallurgiya istehsalı sahəsində operator kimi minimum 3 il iş təcrübəsi olmalı;
• Mexaniki-texniki bilik və bacarıqları olmalı;
• Boruların çeşidlərə görə ayarlanmasını bilməli, dilmə maşınında ayarları bilməli;
• Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı mühafizə üzrə qaydaları bilməli;
• Komandada işləməyi bacarmalı, müəssisənin daxili nizam-intizam qaydalarına əməl etməlidir.

İş barədə məlumat:

• İstehsalatda avadanlıqların işinin tənzimlənməsini həyata keçirmək, mütəmadi olaraq istehsal olunan malların dəzgahlarda keyfiyyət standartlarına uyğun istehsal olunmasına nəzarət etmək;
• Gündəlik istehsal olunacaq sifarişlərin istehsal prosesini başlatmaq və nəzarət etmək;
• İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət, dəzgahlarda yaranan texnoloji problemləri dərhal aydınlaşdırmaq, yaranan problemlərin operativ həll edilməsi üçün istehsal mühəndisinə və ustaya məlumat vermək;
• İstehsalat zamanı müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət etmək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
• 6 günlük iş həftəsi
• Nahar şirkət tərəfindən verilir
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir
• Əmək haqqı danışıq əsasında

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=121, 30.11.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250