VAKANSİYA

“Mətanət A” şirkəti Logistika Koordinatoru vakansiyasını elan edir
23 OKTYABR
868

“Mətanət A” şirkəti Logistika Koordinatoru vakansiyasını elan edir

2018-10-23 11:16:00

“Mətanət A” şirkəti  Logistika Koordinatoru vakansiyanı elan edir

İşin təsviri:

  •          Şirkət tərəfindən tikinti materiallarının müştərilərə çatdırılmasını təmin edir;
  •           Buraxılış sənədlərində mal çeşidlərini və sayının düzgünlüyünə nəzarət;
  •          Sifarişlərin qaimələr üzrə tərtib olunmasını təmin və nəzarət edir;
  •          Daxil olan sifarişlərə uyğun olaraq şirkətin məhsullarının tələb olunan ünvana vaxtında, göstərilən miqdarda çatdırılmasını təmin etmək üçün sürücülərin fəaliyyətini artıq yanacaq və vaxt məsrəfinə yol vermədən düzgün istiqamətləndirilməsinə rəhbərlik edir;
  •          Maşınların sifarişə uyğun istiqamətlənməsini təmin edilməsinə nəzarət edir;
  •           Malların yük çəkisinin tənzimlənməsinə nəzarət edir;
  •           Anbarların mal ehtiyatının tənzimlənməsini təşkil edir;
  •          Gün ərzində sürücülərin iş rejiminin tənzimlənməsini həyata keçirir;
  •          HM üzrə Anbarların işlərini tənzimləyir, nəzarət edir.
  •          HM üzrə anbardarların iş bölgüsünü aparır, hesabat alır.

Əmək haqqı:

  •          Razılaşma yolu ilə.

İş şəraiti:

  •          İş saatı: 09-00-dan 18-00-dək;
  •          Şənbə günü 09:00-dan 13:00-a dək:
  •          Bazar günü istirahət.

Tələblər:

  •          Yaş həddi: 28-40
  •          Ali təhsilli
  •          İş təcrübəsi: Bu sahə üzrə minimum 3  il təcrübə;
  •          Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır;
  •          Microsoft Office proqramlarını əla səviyyədə bilməli; 

Şəxsi keyfiyyətləri:

  •          Liderlik;
  •          İşə planlı yanaşma;
  •          Fikrini izah etmək qabliyyəti;
  •          Ünsiyyət yaratmaq bacarığı;
  •          Analitik düşünmə qabiliyyəti;
  •          Fəallıq.

Əlavə şərtlər:

  •          Ezamiyyət imkanları;

Əlavə tələblər:

  •          Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

 

  •          İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  •          Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
  •          Maraqlananlar saytda onlayn-anketi dolduraraq [email protected]ünvanına göndərə bilərlər.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250