VAKANSİYA

“Bank Respublika” işçi axtarır - VAKANSİYA
16 OKTYABR
1542

“Bank Respublika” işçi axtarır - VAKANSİYA

2018-10-16 19:55:00

Bank Respublika ASC«Ağa Neymətulla şöbəsi üzrə istehlak kreditləri mütəxəssisi» vəzifəsi üzrə vakansiyalar elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  •          Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
  •          Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

Namizədə qarşı tələblər:

  •          Ali təhsil;
  •          Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili arzuolunandır;
  •          MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
  •          Təcrübə: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzu olunandır;
  •          Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
  •          Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  •          Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  •          Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  •          Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.          

Sizə nə təklif edirik?

  •          Əlverişli iş mühitində çalışmaq imkanı;
  •          Karyera və inkişaf perspektivləri;
  •          Rəqabətli əmək haqqı və bonus qazanma imkanları;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 oktyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Ağa Neymətulla şöbəsi üzrə istehlak kreditləri mütəxəssisi” qeyd edərəkHR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

 

  •          Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
  •          Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258