VAKANSİYA

"Azersun Holding" işçi axtarır - VAKANSİYA
04 OKTYABR
4472

"Azersun Holding" işçi axtarır - VAKANSİYA

2018-10-04 19:09:00

"Azersun Holding" Maliyyə departamentinin müdiri vəzifəsinə işçi axtarır

İş haqqında məlumat:

• Vergi, statistika və DSMF hesabatların hazırlanması; 
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi; 
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi; 
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi; 
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Namizədə aid tələblər:

• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır); 
• Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi; 
• Beynəlxalq mühasibatlıqla bilgiləri olan (ACCA sertifikatı olması əlavə üstünlükdür); 
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli; 
• MS Office, 1C, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli; 
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli; 
• Dil bilikləri: ingilis dili - əla, rus dili – orta.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 15.10.2018-ci il tarixinədək www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259