VAKANSİYA

"Nar" işçi elan edir - VAKANSİYA
03 OKTYABR
4370

"Nar" işçi elan edir - VAKANSİYA

2018-10-03 20:28:00

"Nar" Xüsusi Müştərilər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır

Vakansiya haqqında

Departament : Satış
Şöbə : B2B Satış 
İş qrafiki: Standart
İş müddəti : Müvəqqəti
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 12.10.2018

Sizin əsas vəzifə öhdəlikləriniz

* Əsas müştəri qrupları ilə danışıqlar aparmaq və Nar məhsul və xidmətlərini təklif etmək
* Təyin olunmuş satış planlarına əsasən aylıq və rüblük satış hədəfləri yerinə yetirmək
* Mövcud müştərilərə əlavə məhsul və xidmətləri təklif etmək
* Əsas müştəri qrupları ilə müqavilə bağlamaq
* Mövcud müştəri qrupları bazasını idarə etmək və müvafiq dəstək göstərmək
* Həftəlik, aylıq və rüblük hesabatlar hazırlamaq

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali təhsil 
* Korporativ Satış və ya Müştəri Xidmətləri sahəsində 2-3 il iş təcrübəsi (Bank və Sığorta sahəsində müvafiq təcrübə üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Ünsiyyət qurma bacarığı
* Danışıqlar apara bilmək qabiliyyəti
* Müştəri yönümlülük
* MS Office Proqramlarını bilmək
* Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək 
* ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi

Müraciət etmək üçün

CV-nizi [email protected]  e-mail ünvanına göndərməyinizi xahiş edirik

Başlıqda “Xüsusi Müştərilər üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255