VAKANSİYA

“Mətanət A” şirkəti 5 vəzifə üzrə vakansiya elan edir
01 OKTYABR
3336

“Mətanət A” şirkəti 5 vəzifə üzrə vakansiya elan edir

2018-10-01 19:09:00

“Mətanət A” şirkəti  Mühasib vakansiyasını elan edir

İşin təsviri:

  • Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
  • Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
  • Mühasibatlığa aid  müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətləri və sair) yerinə yetirmək;
  • İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

İş şəraiti:

  •   İş saatı: 09-00-dan 18-00-dək
  •   İstirahət: Şənbə və  bazar günü 

Əmək haqqı: 

  •   Razılaşma yolu ilə 

Tələblər:

  •   Təhsil: Ali (İqtisadi)
  •   İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan
  •   Yaş həddi:25-50
  •   Dil bilikləri: Azərbaycan və Rus dili
  •   Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək 

Şəxsi keyfiyyətləri:

  •   İşə planlı yanaşmaq bacarığı;
  •   Yüksək ünsiyyət bacarığı;
  •   Nitq mədəniyyəti;
  •   Təmkinlilik, etibarlılıq, özünəinam;
  •   Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Qeyd 

  •   İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  •   Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;
  •   Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin

“Mətanət A” şirkəti  Texnoloq vakansiyasını elan edir

İşin təsviri:

  Iş tematikası üzrə olan rəhbər, normativ və məlumat materiallarını;

  Təhlil, təcrübə və sınaq növlərinin aparılması metodla və qaydalarını;

  •   Mövcud standartları və  hazırlanmış texniki sənədləşməyə aid olan texniki şərtləri;
  •   Laborator avadanlıqlarını, yoxlama – ölçü aparatlarını və onların istismarı qaydalarını;
  •   Texnoloji proseslərin nəzərə alınmasına nəzarət edir, onların pozulması səbəblərini operativ üzə çıxardır və aradan qaldırır;
  •   Buraxılmış məhsulun və ya yerinə yetirilmiş işin keyfiyyətini yoxlayır, zay məhsulun qarşısını almaq və məhsulun, işin, xidmətin keyfiyyətini qaldırmaq üçün tədbirləri həyata keçirir;
  •   Laborator tədqiqatların qeydiyyatı qaydalarını;
  •   Hesablama texnikasının düzgün istismarını.

Əmək haqqı:

  •   Razılaşma yolu ilə

Tələblər:

  •   Təhsil: Ali (bakalavr)
  •   İş təcrübəsi: Ən azı bu sahədə 3 il iş təcrübəsi olmalı. (Üzvi kimyanı bilən texnoloqa üstünlük verilir.)
  •   Yaş həddi: 24-40
  •   Kompüter biliyi: Word, Excell, Internet Explorer
  •   Dillər: Azərbaycan dili

Şəxsi keyfiyyətləri:

  •   Fikrini izah etmək qabliyyəti;
  •   İşə planlı yanaşması;
  •   Ünsiyyət yaratmaq bacarığı;
  •   Fəal olması;

Əlavə tələblər:

  •   Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd

  •   İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  •   Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;
  •   Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır)

“Mətanət A” şirkəti  İstehsal müdiri vakansiyanı elan edir

İşin təsviri:

  •   İstehsal sahəsində çalışan  işçilərə rəhbərlik edir;
  •   Verilən tapşırıqlara əsasən iş bölgüsünü təşkil edir; 
  •   Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik xidmətinə nəzarət;
  •   İstehsalda  işin səmərəliliyi və faydalı iş əmsalını artırmalı;
  •   Məhsulun istehsal prosesinə ciddi nəzarət etməli;
  •   Seçilmiş işçilərin mükafatlandırılması üzrə təkliflər vermək, istehsal və əmək intizamını pozanlara qarşı intizam tənbehi vermək;
  •   İş vaxtından səmərəli istifadə edilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində fəalliyət göstərmək;
  •   Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;
  •    İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına  riayət etmələrinə nəzarət.

Əmək haqqı:

 

  •   Razılaşma yolu ilə

 

Tələblər:

  •   Təhsil: Ali(Mexanik, Kimya və İdarəetmə təhsili olanlara üstülük verilir)
  •   Yaş həddi: 25-50;
  •   Kompüter biliyi: MS Office  (Word, Excel);1C arzuolunandır ;
  •   Dillər: Azərbaycan və Rus dili mükəmməl (İngilis dili arzuolunandır)
  •   İstehsalat sahəsində 3-5 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

  •   Fikrini izah etmək qabliyyəti;
  •   Ünsiyyət yaratmaq bacarığı;
  •   İşə planlı yanaşması;
  •   Fəal olması;
  •   Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

 

  •   İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  •   Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;
  •   Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

 

“ Mətanət A” şirkəti Satınalma üzrə Aparıcı mütəxəssis vakansiyasını elan edir 

Vəzifə öhdəlikləri

  •   Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
  •   Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
  •   Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
  •   Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
  •   Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
  •   Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
  •   Logistika və nəqliyyat nəzarətinin təşkili;
  •   Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi.
  •   Alınan malların keyfiyyətinə nəzarət;
  •   Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
  •   Gömrüklə işləmə bacarığı;
  •   Satınalma sənədlərini hazırlama qabiliyyəti. 

Təhsil/Təcrübə: 

  •   İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;
  •   Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;
  •   Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  •   Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
  •   Təchizat zənciri haqqında ümumi biliklər;
  •    İncoterms 2010;
  •   Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;
  •   Komanda işinin təşkili;
  •   Yaş həddi: 25-35;
  •   Kompüter biliyi: MS Office  (Word, Excel);
  •   Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir;

İş şəraiti:

  •   İş saatı: 09-00-dan 18-00-dək;
  •   İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

  •   Razılşama yolu ilə. 

Qeyd:

  •   İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  •   CV-ləri [email protected] ünvanına göndərin.

 

 

“Mətanət A” şirkəti  İstehsal müdiri vakansiyanı elan edir

İşin təsviri:

  •   İstehsal sahəsində çalışan  işçilərə rəhbərlik edir;
  •   Verilən tapşırıqlara əsasən iş bölgüsünü təşkil edir; 
  •   Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik xidmətinə nəzarət;
  •   İstehsalda  işin səmərəliliyi və faydalı iş əmsalını artırmalı;
  •   Məhsulun istehsal prosesinə ciddi nəzarət etməli;
  •   Seçilmiş işçilərin mükafatlandırılması üzrə təkliflər vermək, istehsal və əmək intizamını pozanlara qarşı intizam tənbehi vermək;
  •   İş vaxtından səmərəli istifadə edilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində fəalliyət göstərmək;
  •   Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;
  •    İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına  riayət etmələrinə nəzarət.

Əmək haqqı:

  •   Razılaşma yolu ilə

Tələblər:

  •   Təhsil: Ali(Mexanik, Kimya və İdarəetmə təhsili olanlara üstülük verilir)
  •   Yaş həddi: 25-50;
  •   Kompüter biliyi: MS Office  (Word, Excel);1C arzuolunandır ;
  •   Dillər: Azərbaycan və Rus dili mükəmməl (İngilis dili arzuolunandır)
  •   İstehsalat sahəsində 3-5 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

  •   Fikrini izah etmək qabliyyəti;
  •   Ünsiyyət yaratmaq bacarığı;
  •   İşə planlı yanaşması;
  •   Fəal olması;
  •   Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

  •   İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  •   Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;
  •   Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259