VAKANSİYA

Qadın sürücülərin nəzərinə - İş təklifi
01 OKTYABR
911

Qadın sürücülərin nəzərinə - İş təklifi

2018-10-01 14:47:00

Bakıda daşıyıcı şirkətlərdən biri ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən qadınları əməkdaşlığa dəvət edib.

Fins.az xəbər verir ki, “D” sürücülük kateqoriyası olan və avtobus sürücüsü kimi işləmək istəyən qadınlar [email protected] e-mail ünvanına cv yollaya və ya Mir Cəlal küçəsi 1D ünvanında yerləşən ofisə birbaşa müraciət edə bilər.

Yeni sürücülər üçün müvafiq təcrübə proqramları təşkil ediləcək. İşə qəbul ediləcək qadın sürücülər 8 saatlıq iş rejimində fəaliyyət göstərəcək və “EURO 5” standartlı müasir avtobusları idarə edəcək.

Qeyd edək ki, bir çox ölkələrdə, eləcə də qonşu dövlətlərdə ictimai nəqliyyat sistemində qadın sürücülər kifayət qədərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259