VAKANSİYA

"Optimal Electronics" işçi axtarır - VAKANSİYA
19 SENTYABR
4080

"Optimal Electronics" işçi axtarır - VAKANSİYA

2018-09-19 19:44:00

"Optimal Electronics LLC" Brend təmsilçisi (Elektronika üzrə) vəzifəsinə işçi axtarır

Brend təmsilçisi- bizim şirkətdə brend menecerlərin əksəriyyəti brend təmsilçisi vəzifəsindən başlayaraq Optimalda öz karyeralarını qurublar.  Biz bu vakansiya üzrə seçim mərhələrində  pozitiv, mehriban, xoş görünüşlü, ali məktəbi yeni bitirmiş,  böyük kollektivdə təcrübə qazanmaq istəyən gənclərimizə üstünlük veririk.    Əgər Siz də dünya brendlərini, bizim şirkətdə təmsil etmək, mehriban, pozitiv kollektivin tərkib hissəsi olmaq istəyirsinizsə, bizə qoşulun.

Tələblər:

• Təhsil: Ali və ya orta;
• Azərbaycan və rus dillərini səlist bilməli, ingilis dilini bilənlərə üstünlük verilir.
• Satış təcrübəsi arzu olunandır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı;
• Məhsulları təqdim etmək bacarığına malik olmaq.
• Xarici görünüş 
• Təmiz, səliqəli, hündür boy (qadın -170sm və yuxarı, kişi- 178 sm və yuxarı)

Əsas vəzifələr:

• Müştəriləri gülərüzlə qarşılayıb, onları maraqlandıran saulları cavablandırmalıdır;
• Filiala daxil olan müştərilərə  məhsul haqqında məlumat verməlidir;
• Lazım gəldikdə məhsulun istifadə olunması texnikasını müştəriyə canlı nümayiş etdirməlidir;
• Daimi olaraq təmsil etdiyi brendin məhsullarının xüsusiyyətlərini öyrənməlidir;
• Brend menecerlərin müvafiq göstərişlərinin yerinə yetirilməsi;
• Müştəri təqdim edilən məhsulu almaq istədikdə, onu lazımi filiala yönləndirməlidir.

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Geyim;
• Ödənişsiz təlimlər;
• Bilik və bacarığınıza uyğun yüksək əmək haqqı;
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Brend  təmsilçisi” qeyd edərək öz CV-lərinizi [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 30.10.2018

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256