VAKANSİYA

“ Mətanət A” şirkəti vakansiya elan edir
18 SENTYABR
3156

“ Mətanət A” şirkəti vakansiya elan edir

2018-09-18 19:22:00

“ Mətanət A” şirkəti  Satınalma üzrə mütəxəssis vakansiyasını elan edir

İşin təsviri:

Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;

Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;

İstehsalçı şirkətlərdən qiymətlərin alınması, maya dəyərinin hesablanılması;

Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;

Alınan malların keyfiyyətinə nəzarət.

İş şəraiti:

İş saatı: 09-00-dan 18-00-dək;

İstirahət: Şənbə və bazar günü. 

Əmək haqqı:

Razılaşma yolu ilə: 

Tələblər:

Təhsil: Ali (bakalavr);

Yaş həddi: 25-35;

Kompüter biliyi: MS Office  (Word, Excel);

Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;

2 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olan,  beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);

Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;

Satınalma sənədlərini hazırlama qabiliyyəti;

Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;

Gömrüklə işləmə təcrübəsi;

Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;

Xarici ezamiyyətlərə getmə imkanı;

Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;

Qeyd:

     - İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

    - Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

    - CV-ləri [email protected] ünvanına göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260