VAKANSİYA

“Mətanət A” işçi axtarır - VAKANSİYA
18 SENTYABR
2178

“Mətanət A” işçi axtarır - VAKANSİYA

2018-09-18 18:50:00

“Mətanət A” şirkəti  Mühasib vakansiyasını elan edir

İşin təsviri:

Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;

Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;

Mühasibatlığa aid  müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətləri və sair) yerinə yetirmək;

İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;

Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

 

İş şəraiti:

İş saatı: 09-00-dan 18-00-dək

İstirahət: Şənbə və  bazar günü

 

Əmək haqqı:

Razılaşma yolu ilə

 

Tələblər:

Təhsil: Ali (İqtisadi)

İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan

Yaş həddi:25-50

Dil bilikləri: Azərbaycan və Rus dili

Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək

 

Şəxsi keyfiyyətləri:

İşə planlı yanaşmaq bacarığı;

Yüksək ünsiyyət bacarığı;

Nitq mədəniyyəti;

Təmkinlilik, etibarlılıq, özünəinam;

Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

 

Qeyd:

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;

Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected]ünvanına göndərin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256