VAKANSİYA

"Expressbank" vakansiya elan edir
17 SENTYABR
3576

"Expressbank" vakansiya elan edir

2018-09-17 18:56:00

"Expressbank"  Mikro kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis (Bakı, Qusar, Xaçmaz və Bərdə filialları üzrə) vəzifəsinə işçi axtarır.

Tələblər:

– Ali iqtisadi təhsil;
– Mikro kreditlərlə iş sahəsində 2-3 il iş təcrübəsi;
– Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;
– Analitik düşüncə;
– Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

– Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
– Bütün fəaliyyətini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
– Müştəriyə bankın kredit məhsullarına dair məsləhət vermək;
– Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (Vəzifə) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260