VAKANSİYA

“Amrahbank” işçi axtarır - VAKANSİYA
14 SENTYABR
3910

“Amrahbank” işçi axtarır - VAKANSİYA

2018-09-14 19:17:00

“Amrahbank” ASC  Risklərin İdarə Edilməsi Departamenti

Kreditlərə nəzarət şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə

vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Filiallarda verilmiş kreditləri (biznes və istehlak) monitorinq etmək;
  • Kredit portfelini hesabatlar əsasında təhlil etmək;
  • Kreditlərin keyfiyyətini qiymətləndirmək;
  • Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda kredit məhsulları üzrə bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
  • Filiallarda aparılmış monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək

Əsas tələblər:

  • Ali təhsil (iqtisadi təhsili olanlara üstünlük verilir) ;
  • Mikro, biznes və SME (KOB) kreditlərinin verilməsi üzrə minimum 2(iki) il bank təcrübəsi;
  • Riyazi, məntiq, analitik qabiliyyət və işgüzar fəallıq;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
  • Dəqiqlik və məqsədyönlülük;
  • Microsoft office proqramları üzrə biliklər;
  • Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanının olması

Maraqlı olan şəxslər CV-lərini  [email protected] ünvanına 31.10.2018-ci il tarixinədək göndərməyi xahiş olunur (iddia etdiyiniz vəzifəni qeyd etməyinizi xahiş edirik).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258