VAKANSİYA

“Bank Respublika” ASC işçi axtarır - VAKANSİYA
11 SENTYABR
2681

“Bank Respublika” ASC işçi axtarır - VAKANSİYA

2018-09-11 18:16:00

Bank Respublika” ASC “Sənədli əməliyyatlar üzrə aparıcı mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Beynəlxalq müqavilələri və digər əlaqəli sənədləri ekspertiza etmək;
• Beynəlxalq zəmanət və akkreditivlərin şərtlərini müzakirə edilmək, SWIFT mətnini hazırlamaq;
• Zəmanət və akkreditivlərlə bağlı ərizələrin təhlilində kredit mütəxəssislərinə dəstək olmaq, müştəri ehtiyaclarını və təkliflərini müəyyənləşdirmək və uyğun həlli yolu tətbiq etmək;
• Beynəlxalq əməliyyatlarla bağlı müxbir banklarla və müştərilərlə əlaqə qurmaq;
• Sənədli əməliyyatlar portfelinə nəzarət etmək və müvafiq hesabatları hazırlamaq;
• Kredit mütəxəssisləri ilə qarşılıqlı əlaqə saxlamaq və Sənədli əməliyyatlar məhsullarının satışına dəstək vermək;
• Zəmanət və akkreditivlər ilə bağlı kredit mütəxəssislərinə təlimlər keçirmək;
• Zəmanət və akkreditivləri icra etmək (həm kağız daşıyıcısında, həm də SWIFT vasitəsilə);
• Zəmanət və akkreditivlərin qeydiyyatını aparmaq (balansdankənar, təminat, komissiya və örtükərin qeydiyyatı) və portfelinə nəzarət etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil 
• Ticarətin maliyyələşdirilməsi və ya Sənədli əməliyyatlar sahəsində  ən azı 2 il iş təcrübəsi (Əməliyyatların icraçısı olması önəmlidir);
• Zəmanət və akkreditivlərlə bağlı qanunvericilik, URDG 758 və UCP 600-üz son nəşri barədə biliklər;  
• Bank əməliyyatları barədə biliklər;
• SWIFT sistemində işləmə qabiliyyəti, Sənədli əməliyyatlara aid formatları təhlil və icra etmək qabiliyyəti
• Aidiyyatı sənədləri təhlil etmə qabiliyyəti;
• Müqavilələrlə işləmə bacarıqları;

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 sentyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Sənədli əməliyyatlar üzrə aparıcı mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260