VAKANSİYA

Problemli Kreditlərlə İş Departamentində Mütəxəssis
07 SENTYABR
2345

Problemli Kreditlərlə İş Departamentində Mütəxəssis

2018-09-07 16:45:00

"Rabitəbank" ASC Şəmkir, Şirvan, Ağcabədi, Masallı, Xaçmaz və Lənkəran filiallarında, Problemli Kreditlərlə İş Departamentində Mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Struktur: Problemli Kreditlərlə İş Departamenti, Məhkəmə Qərarlarının İcrası Şöbəsi

Vəzifə: Mütəxəssis

Vəzifə öhdəlikləri:

·         Qüvvəyə minmiş məhkəmə orqanlarının qərarların icrası ilə bağlı icra orqanlarında Bankın adından çıxış etmək;

·         İcraatında olan icra işinin gedişatına nəzarət etmək - aylıq ödənişlərin olunmasını təmin etmək, lazım olan məktub və sorguları hazırlamaq, borclularla mütamadi əlaqə saxlamaq;

·         Məhkəmə qərarına əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldiyi halda əmlaka baxış keçirmək;

·         Həmin əmlakın qiymətləndirilməsini təmin etmək və bu prosesə dair digər zəruri tədbirləri həyata keçirnək;

·         İcra şöbəsi tərəfindən sifarişlə birlikdə qiymətləndirmə rəyinin  müvafiq hərrac təşkilatına göndərilməsini təmin etmək;

·         Əmlak satışı hərrac vasitəsilə satıldığı təqdirdə, növbəti müvafiq mərhələləri təqib etmək, hərrac prosesinin gedişatına nəzarət etmək;

·         Struktur fəaliyyətinə aid olan digər tapşırıqları yerinə yetirmək.

 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Namizədə qarşı tələblər:

  • Ali təhsil (hüquq təhsili olanlara üstünlük verilir);
  • Müvafiq sahədə ən azı 1-2 il iş stajı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (xarici dil bilən şəxslərə üstünlük verilir);
  • MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək kommunikasıya, komandada işləmək və problemləri həll etmək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Regionun adı/PKİD Mütəxəssis yazmağınız xahiş olunur. 

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258