VAKANSİYA

"Rabitabank" işçi axtarır - VAKANSİYA
04 SENTYABR
1874

"Rabitabank" işçi axtarır - VAKANSİYA

2018-09-04 17:29:00

"Rabitabank" ASC Qeyri-Kredit Satış Departamentinin Məhsulların inkişafı şöbəsinə Ekspert vakansiyası üzrə işə qəbul elan edir.

Vəzifə: Ekspert 

Vəzifə öhdəlikləri:

-  Qeyri-kredit məhsullarının yaradılmasına, inkişaf etdirilməsinə və onların optimallaşdırılmasına dair təkliflər hazırlamaq;

-  Qeyri-kredit məhsullarının yaradılması və inkişafı üçün tələb olunan texniki tapşırıqları hazırlamaq və aidiyyatı strukur tərəfindən icrasına nəzarət etmək;

-  Qeyri-kredit məhsullarına dair  risklərin müəyyən edilməsi və qarşısının alınması üçün zəruri tədbirlər görmək;

-  Mütəmadi olaraq qeyri-kredit məhsullarının gəlirliliklərini təhlil etmək və xərclərin optimallaşdırılmasına dair təkliflər hazırlanmaq;

-  Bank üzrə  qeyri-kredit məhsullarının satış planlarının və layihələrinin hazırlanmasında iştirak etmək və onların icrasını təmin etmək;

-  Qeyri-kredit məhsullarına dair təqdimatların, tədris materiallarının və tələb olunan digər məlumatları hazırlanmasına dəstək olmaq.

 

Namizədə olan tələblər:

-  Ali təhsil (iqtisadiyyat, maliyyə sahələri üzrə olması arzuolunandır);

-  Müvafiq sahə və ya Bankın əməliyyat sahəsi üzrə minimum 2 il iş təcrübəsi;

-  Bank (qeyri-kredit) məhsulları üzrə bilik və məlumatlara malik olması;

-  MBNP-nin, Mərkəzi Bankın müvafiq qayda və normativlərini bilməsi;

-  Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;

-  Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;

-  Məsuliyyətli, stresə davamlı, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti;

-  Azərbaycan və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı qabiliyyəti (ingilis dili arzuolunandır);

-  Ofis proqramlarından mükəmməl istifadə bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində "Məhsulların inkişafı şöbəsinin Eksperti" göstərməyiniz xahiş olunur. 

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253