VAKANSİYA

Şəkər əvəzedici məmulatlarını istehsal edən şirkət işçi axtarır - VAKANSİYA
14 AVQUST
2819

Şəkər əvəzedici məmulatlarını istehsal edən şirkət işçi axtarır - VAKANSİYA

2018-08-14 09:56:00

PMD Group” MMC şirkətlər qrupunun “İstehlak Mallarının İstehsalı və Kənd Təsərrüfatı” portfelinə (FMCG&Agriculture) daxil olan "CPC" MMC (Corn Processing Company) ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye üsulu ilə hazırlanan şəkər əvəzedici məmulatlarının istehsalı sahəsində cənubi Qafqazda yeganə müəssisədir. "CPC" MMC - də istehsalat tam avtomatlaşdırılıb və ən yüksək gigiyenik, həmçinin qida təhlükəsizliyi standartlarına cavab verir.

MÜHASİB

İş yeri: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 41, AZ1000)
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: 600 AZN- dən (net) başlayaraq (namizəddən asılı olaraq dəyişir)
Tabeçilik: Baş mühasib

İŞİN TƏSVİRİ

− Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir. 
− Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. 
− Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır. 
− Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir. 
− Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir. 
− İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlayır. 
− Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir.
− Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində iştirak edir
− Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.
− Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
− Vergi qanunvericiliyi, Mühasibat uçotunun yeni hesablar planı, Milli və Beynəlxalq mühasibat uçotu standartlarından məlumatlı olmaq;
− 1C Proqramında (8.2 ; 8.3) , Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
− Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi;
− Ehtiyac yarandığı təqdirdə regionlara ezamiyyətə getmə imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 21.08.2018 - ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249