VAKANSİYA

Azərbaycan Sənaye Korporasiyası işçi axtarır - VAKANSİYA
09 AVQUST
4063

Azərbaycan Sənaye Korporasiyası işçi axtarır - VAKANSİYA

2018-08-09 15:38:00

Vakansiyanın adı: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə mütəxəssis

Namizədə dair tələblər:

- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və audit, riyaziyyat və ya biznesin idarə edilməsi sahəsində ali təhsil;
- Beynəlxalq Mühasibat uçotu Standartları (IAS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) barədə təkmil biliklər;
- Mühasib kimi ən az 1 il iş təcrübəsi;
- 1C Mühasibatlıq proqramında ən az 1 il iş təcrübəsi; 
- ACCA F2, F3 və F7 (və ya DipIFR) sertifikatları; əlavə sertifikatların olması üstünlükdür;
- Azərbaycan və ingilis dillərində sərbəst danışma və yazma.

İş barədə məlumat (vəzifə öhdəlikləri):

- ASK üzrə maliyyə uçotu siyasətinin hazırlanmasında iştirak;
- ASK-ya daxil olan şirkətlərin biznes prosesləri ilə yaxından tanışlıq və gündəlik əməliyyatların həmin biznes proseslərə və ASK-nın maliyyə uçotu siyasətinə uyğun aparılması işinin təşkili və nəzarət;
- ASK-ya daxil olan şirkətlərin mühasibləri ilə əməkdaşlıq edilməsi və onların sorğularının cavablandırılması;
- IFRS standartları əsasında maliyyə hesabatlarının, o cümlədən konsolidə edilmiş hesabatların hazırlanması və ASK-ya daxil olan şirkətlərə hesabatların hazırlanmasında dəstək göstərilməsi;
- IFRS standartları əsasında hazırlanmış maliyyə hesabatları üzrə maliyyə təhlillərinin (ratio analysis) aparılması və müqayisəli cədvəllərin hazırlanması;
- ASK və ASK-ya daxil olan şirkətlərdə 1C mühasibatlıq proqramının quraşdırılması prosesində iştirak.

E-mail göndərərkən Mövzu (Subject) hissəsində “IFRS üzrə mütəxəssis” sözləri qeyd olunmalıdır.

[email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255