VAKANSİYA

"Kontakt Home" işçi axtarır -VAKANSİYA
08 AVQUST
1926

"Kontakt Home" işçi axtarır -VAKANSİYA

2018-08-08 17:27:00

Vacancy: Receptionist/ Personal Assistant

Zəruri tələblər:

• Administrativ sahədə iş təcrübəsi- 2 ildən artıq
• Ali təhsil
• Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməli
• Word, Excel, Outlook və digər Microsoft Office proqramlarını yüksək səviyyədə bilməlidir

Şəxsi keyfiyyətlər:

• Mükəmməl şifahi ünsiyyət qurmaq bacarığı
• İşgüzar yazışmalar aparmaq bacarığı
• Komandada işləmək bacarığı
• Gərgin şəraitdə işləmək və qoyulmuş müddətlərə əməl etmək qabiliyyəti
• Güclü təşkilatçılıq/vaxtı idarəetmə bacarığı, detallara fikir verməklə çoxsaylı tapşırıqları yerinə yetirmək və gündəlik iş yükünü sıralamaq qabiliyyəti 
• Məxfi məlumatlarla işləmək bacarığı
• İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı

Vəzifələr:

• Hesabatların, məktubların, müraciətlərin və s. hazırlanması daxil olmaqla, direktora bütün inzibati köməkliyin göstərilməsi;
• Telefon zənglərinin, sorğuların və müraciətlərin qeydə alınması və lazım gəldikdə istifadə edilməsi;
• Səyahətlərin təşkili və viza işlərinin əlaqələndirilməsi, səyahət qrafiklərinin tərtib edilməsi;
• İclasların və konfransların təşkil edilməsi və planlaşdırılması;
• Qeydlər üçün jurnalın tutulması və görüşlərin təyin edilməsi;
• İnzibati işlərin yüksək səviyyədə aparılması və lazım gəldikdə daxili və xarici sənədlərin hazırlanması üzrə təlimatların verilməsi;
• Sorğular və müraciətlərin müvafiq şəkildə idarə edilməsi.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki – 09:00-18:00, 5 iş günü, şənbə/ bazar – istirahət günləridir
- Əmək haqqı- razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Receptionist/ Personal Assistant” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255