VAKANSİYA

İcbari Sığorta Bürosu işçi axtarır -VAKANSİYA
08 AVQUST
2870

İcbari Sığorta Bürosu işçi axtarır -VAKANSİYA

2018-08-08 17:12:00

İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı

İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək məqsədilə AR Mülki Məcəlləsi və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında təsis edilib və fəaliyyət göstərir.

Vəzifənin adı: Kiçik Sistem və Şəbəkə İnzibatçısı

Namizədə dair tələblər:

• Əlaqədar vəzifələrdə 1-3 il iş stajı
• Windows ailəsinin server əməliyyat sisteminin inzibatçılığı sahəsində təcrübə 
• Fayl Server, Windows Təhlükəsizlik Siyasətləri üzrə təcrübəyə malik olmaq,
• UNIX server əməliyyat sistemlərinin inzibatçılığı sahəsində təcrübəyə üstünlük verilir
• Rutinq, VLAN, bir pilləli şəbəkə, statik marşrut qurulması konsepsiyaları haqqında məlumatlı olmaq  
• VPN, DNS-quraşdırma.
• FTP, DHCP - konfiqurasiya, idarəetmə(inzibatçılıq)
• Tomcat, IIS, Apach, Nginx, quraşdırma-konfiqurasiya.
• Virtuallaşdırma, VMware, vcenter bilgiləri  
• Load Balancing, Proxy, DMZ haqqında ümumi bilgilər, iş təcrübəsinə üstünlük verilir
• Firewall izibatçılıq
• SMTP, IMAP konfiqurasiya
• Dəqiqlik.
• özünü inkişaf etdirmək arzusu
• Problemlərin həllində qətiyyət

İşin təsviri:

• İT komandası ilə  əməkdaşlıq edərək tabeliyində olduğu şəxslərin rəhbərliyi altında  İT şöbəsinin gündəlik işlərini icra etmək, dizayn, quraşdırma/konfiqurasiya və server infrastrukturunun daha uğurlu tətbiqi metodlarının təmin edilməsi, həmçinin yaranan problemlərin aradan qaldırılması;
•  Ofis dəstəyi
•  24/7 əlçatanlılıq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 31.08.2018 - ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda, müraciətlərinizə baxılmayacaq) 
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259