VAKANSİYA

“FINCA Azerbaijan” işçi axtarır -VAKANSİYA
04 AVQUST
3386

“FINCA Azerbaijan” işçi axtarır -VAKANSİYA

2018-08-04 09:00:00

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün DAXILI AUDITOR vəzifəsinə işçi axtarışı elan edir. “FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Vəzifənin Məqsədi:

Daxili Auditor “FINCA Azerbaijan” əməliyyatlarının davamlı təftişini həyata keçirməyə məsuldur. Müştərilərin sahə təftişləri, “FINCA Azerbaijan” bütün şöbələrinin fəaliyyətlərinin qəbul olunmuş siyasət və prosedurlara (FİNCA Azerbaijan-nın digər təlimatları da daxil olmaqla) uyğunluğunu dəyərləndirmək üçün həyata keçirdiyi təftişlər də daxil olmaqla digər audit tapşırıqlarını yerinə yetirəcəkdir. Daxili Auditor daxili nəzarətin davamlı gücləndirilməsinə kömək etmək məqsədi ilə Audit Menecerinə mütəmadi hesabatlar hazırlayıb təqdim edəcəkdir.

Vəzifənin əsas bilik və bacarıq tələbləri:

• Akkreditə olunmuş ali təhsil müəssisəsində Maliyyə və ya hüquq sahəsi üzrə bakalavr təhsili 
• Beynəlxalq firmada daxili audit, əməliyyatlar, mühasibatlıq, biznes analizi və ya proqram qiymətləndirilməsi sahəsində 3 il tam ştatlı təcrübə; 
• Riskin idarə edilməsi, nəzarət mexanizmləri və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər.
• Kompyüter sahəsində, o cümlədən elektron mətnlər, cədvəllər, sistemdaxili sənədləşmələr və digər biznes proqramlarında hesabatların hazırlanması, məlumat qeydiyyatının və analizlərin  aparılması üzrə biliklər.
• Məlumatların toplanması, analizi, məlumat və sistemlərin qiymətləndirilməsi və məntiqi nəticələrin çıxarılması üzrə bacarıq.
• Azərbaycan dilində effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən fəal dinləmə, tapıntıların və təkliflərin təqdim edilməsi bacarığı, rus və ya ingilis dillərindən birində sərbəst ünsiyyət qurma;
• Müştərilər, komanda yoldaşları, digər işçi heyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
• Azərbaycan Respublikasında Micromaliyyə və Bank sektoru/bazarı barədə biliklərə malik olması üstünlüyü
• Ölkədaxili ezamiyyət etmək imkanı

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Yuxarıda qeyd edilən bilik, bacarıq tələblərinə cavab verirsinizsə, təhsil və təcrübənizin bu vəzifəyə uyğunluğuna əminsinizsə, öz tərcümeyi-halınızı (CV) 17 Avqust 2018-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№13/18) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

 “FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256