VAKANSİYA

“Səba” işçi axtarır - VAKANSİYA
03 AVQUST
3462

“Səba” işçi axtarır - VAKANSİYA

2018-08-03 15:34:00

Səba ət-süd” mağazasında satıcı fəaliyyəti 

Tələb edilənlər:

- Satış sahəsində ən azı 6 (altı) ay təcrübə olması; (çəki ilə satılan qida məhsulları və ya ümumiyyətlə qida məhsulları satışı sahəsində olması arzuolunandır.)
- Dəqiq, məsuliyyətli, təmizkar, səliqəli olmaq;
- Ən azı orta təhsilə malik olmaq;
- Xoş ünsiyyətcil, səbirli və müştərilərlə nəzakətlə davranmaq vərdişlərinə malik olmaq; 
- Əsasən, xanım namizədlər tələb olunur. 
- Başlanğıc ödəniş məbləği ilk 6 ay ərzində 250 AZN, sonrakı aylarda dövriyyənin 3% hissəsi məbləğində olacaqdır.
- Bu fəaliyyətin göstəriləcəyi “Səba ət-süd” mağazaları əsasən Bakı şəhərində yerləşir.

Vakansiya barədə məlumat

- Mağazada ət və süd məhsullarının satışının həyata keçirilməsi; 
- Mağazada satılacaq malların əvvəlcədən siyahısının hazırlanması və sifariş verilməsi; 
- Mağazaya satış üçün gətirilən malların ölçülərək və ya sayılaraq qəbul edilməsi, vitrinə yerləşdirilməsi və qiymətlərinin qeyd olunması; 
- Mağazada satılmayaraq, şirkətə geri qaytarılacaq malların siyahısının hazırlanması və bu malların çəkilərək və ya sayılaraq satış nümayəndəsinə təhvil verilməklə geri qaytarılması.
- Mağazada təmizlik aparılması və sanitar-gigiyenik normaların tələblərinin təmin edilməsi; 
- Mağazada istifadə olunan materiallardan qənaətlə və səmərəli istifadə edilməsi və bitməsi zamanı sifarişlərinin verilməsi.

Əlavə üstünlüklər

- Treninqlər keçirilməsi şirkət tərəfindən təmin edilir.
- Mağazada istifadə edilən ləvazimatlar, texniki dəstək və sair şirkət tərəfindən təmin edilir.

Zəhmət olmazsa, vakansiya üzrə çalışmaq üçün ilk öncə yalnız CV göndərməyiniz xahiş olunur.

Əlaqə saxlanılacaq şəxs: Fərhad Məhərrəmov 0512502300
CV-lərin göndəriləcəyi elektron poçt ünvanı: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260