VAKANSİYA

“Bank Respublika” işçi axtarır -VAKANSİYA
02 AVQUST
2046

“Bank Respublika” işçi axtarır -VAKANSİYA

2018-08-02 13:59:00

Bank Respublika” ASC “Oracle üzr mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Oracle SOA Application Server administrativ işlərin aparılması: quraşdırılması (installation), yeni proqram təminatının quraşdırılması (deployment), problemlərin aradan qaldırılması, istifadə olunan və yeni servislərə dəstək verməsi;
• Webservices quraşdırılması və araşdırılmalar aparılması;
• Yeni servislərdə tədqiqat işlərinin aparılması;

Namizədə qarşı tələblər:

• Ali təhsil (texniki təhsil arzu olunandır)
• Oracle SOA Application Server administrator işləri üzrə təcrübə
• SOA AS (v.10.2) quraşdırılması bacarığı
• Nasazlıqların axtarışı və həlli üzrə bacarıqlar
• SOA proqramlarının quraşdırılması (services deployment) bacarığı
• Oracle Weblogic biliyi arzu olunandır
• Azərbaycan, rus dillərini yaxşı bilməli, ingilis dili yaxşı/orta (texniki səviyyədə) bilməli
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı
• Ünsiyyətqurma və komandada işləmək bacarığı

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 avqust 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Oracle üzr mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259