VAKANSİYA

“Mətanət A” işçilər axtarır -VAKANSİYA
24 İYUL
1145

“Mətanət A” işçilər axtarır -VAKANSİYA

2018-07-24 16:59:00

“Mətanət A” şirkəti  Mühasib vakansiyasını elan edir

İşin təsviri:

  • Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
  • Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
  • Mühasibatlığa aid  müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətləri və sair) yerinə yetirmək;
  • İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək

  • İstirahət: Şənbə və  bazar günü

 Əmək haqqı:

 Razılaşma yolu ilə

 Tələblər: 

  • Təhsil: Ali (İqtisadi)
  • İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan
  • Yaş həddi:25-50
  • Dil bilikləri: Azərbaycan və Rus dili
  • Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək

 Şəxsi keyfiyyətləri:

  • İşə planlı yanaşmaq bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Nitq mədəniyyəti;
  • Təmkinlilik, etibarlılıq, özünəinam;
  • Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Qeyd 

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;
  • Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin

“ Mətanət A” şirkəti Kommersiya üzrə satınalma meneceri vakansiyasını elan edir

 Vəzifə funksiyaları 

  •   Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
  •   Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
  •   Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
  •   Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
  •   Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
  •   Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
  •   Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
  •   Logistika və nəqliyyat nəzarətinin təşkili;
  •   Alınan malların keyfiyyətinə nəzarət;
  •   Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
  •   Gömrüklə işləmə bacarığı;
  •   Satınalma sənədlərini hazırlama qabiliyyəti. 

Tələblər:

  •   İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;
  •   Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;
  •   Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq;
  •   Təchizat zənciri haqqında ümumi biliklər;
  •    İncoterms 2010;
  •   Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;
  •   Komanda işinin təşkili;
  •   Yaş həddi: 25-35;
  •   Kompüter biliyi: MS Office  (Word, Excel);
  •   Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir; 

İş şəraiti: 

  •   İş saatı: 09-00-dan 18-00-dək;
  •   İstirahət: Şənbə və bazar günü.

 Əmək haqqı: 

  •   Razılaşma yolu ilə:

 Qeyd: 

  •   Xarici satınalma üzrə menecer struktur olaraq Kommersiya Satınalma Şöbəsinin müdirinə tabedir;
  •    İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  •    Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə               

 götürülmürlər; CV-ləri [email protected] ünvanına göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251