VAKANSİYA

“Mətanət A” işçi axtarır -VAKANSİYA
19 İYUL
1916

“Mətanət A” işçi axtarır -VAKANSİYA

2018-07-19 16:05:00

“ Mətanət A” şirkəti Kommersiya üzrə satınalma meneceri vakansiyasını elan edir

 Vəzifə funksiyaları 

  •   Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
  •   Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
  •   Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
  •   Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
  •   Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
  •   Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
  •   Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
  •   Logistika və nəqliyyat nəzarətinin təşkili;
  •   Alınan malların keyfiyyətinə nəzarət;
  •   Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
  •   Gömrüklə işləmə bacarığı;
  •   Satınalma sənədlərini hazırlama qabiliyyəti.

 Tələblər:

  •   İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;
  •   Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;
  •   Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq;
  •   Təchizat zənciri haqqında ümumi biliklər;
  •    İncoterms 2010;
  •   Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;
  •   Komanda işinin təşkili;
  •   Yaş həddi: 25-35;
  •   Kompüter biliyi: MS Office  (Word, Excel);
  •   Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir.

 İş şəraiti:

   İş saatı: 09-00-dan 18-00-dək;

  •   İstirahət: Şənbə və bazar günü.

 Əmək haqqı:

   Razılaşma yolu ilə:

 Qeyd:

   Xarici satınalma üzrə menecer struktur olaraq Kommersiya Satınalma Şöbəsinin müdirinə tabedir;

  •    İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  •    Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə               

 götürülmürlər; CV-ləri [email protected] ünvanına göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256