VAKANSİYA

"Kontakt Home" işçi axtarır -VAKANSİYA
19 İYUL
2136

"Kontakt Home" işçi axtarır -VAKANSİYA

2018-07-19 15:45:00

Vakansiya: Satış Məsləhətçisi (Xırdalan)

Tələblər:

• Satış təcrübəsi arzu olunandır 
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır 
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı 
• Satış qabiliyyəti olmalı

Vəzifələr:

• Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək 
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş rejimi: İşçi 3 gün işləyir 1 gün istirahət edir (hər 3 gündən bir istirahət günü)
• Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
• Şirkət daxili təlim və inkişaf imkanları
• Karyera yüksəlişi imkanı
• Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış məsləhətçisi (Xırdalan)” qeyd edərək öz CV-lərinizi 
 [email protected]  elektron ünvanına göndərməyiniz  xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253