Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və icraat departamentinin Istehlakçıların və investrorların hüquqlarının müdafiəsi idarəsinə Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
İdarəyə istehlakçılardan və investorlardan daxil olan müraciət və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırmalar aparmaq;
İstehlakçıların və investorların pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı müvafiq tədbirlər görmək;
Öz səlahiyyətləri daxilində qanunvericiliyi pozan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi, onlar barəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı müvafiq işlər görmək;
İstehlakçıların və investorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirləri həyata keçirmək;
İdarənin fəaliyyətinə dair aylıq, rüblük və illik hesabatların hazırlanmasını təmin etmək;
Vakant vəzifə üzrə tələblər:
- Tam ali təhsil (Hüquq)
- 2 il iş təcrübəsi
- Sığorta sahəsində iş təcrübəsi olanlara üstünlük verilir
- Səlis Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili bilikləri
- MS Ofis proqramları üzrə peşəkar biliklər
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə 15 iyun 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.