VAKANSİYA

"Bakcell" işçi axtarır - VAKANSİYA
12 İYUL
1955

"Bakcell" işçi axtarır - VAKANSİYA

2018-07-12 14:35:00

Sahə üzrə Merçendayzer

Vakansiya haqqında

Departament : Satış
Şöbə: Pərakəndə Satış

Bölmə:Ticari Marketinq və Merçendayzinq

İş qrafiki : Standart

İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 18.07.2018

Sizin əsas vəzifə öhdəlikləriniz

*Distribüter, diler, subdiler və digər bazar iştirakçıları ilə sıx şəkildə əlaqə saxlamaq
*Dilerlərin satış hədəflərinə uyğun məhsulların miqdarını təyin etmək
*Dilerlərin tam potensial ilə fəaliyyətini təmin etmək məqsədilə müvafiq təhlillər aparmaq 
*Müştərilərin məhsullara olan münasibəti və rəqiblərin fəaliyyəti ilə bağlı bazar araşdırması aparmaq 
*Satışı təhlil etmək və proqnozlaşdırmaq
*Yüksək satış potensialına malik olub lakin zəif satış nəticələri göstərən satış məntəqələrinin monitorinqini aparmaq və  tam potensial ilə fəaliyyətini təmin etmək
*Məhsulların şirkət standartlarına uyğun qablaşdırılması, nişanlanması və əlverişli yerləşdirilməsini təmin etmək
*Satış məntəqələrində şirkətin öz məhsullarına təyin etdiyi qiymətləri təmin etmək və onlara nəzarət etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Ali təhsil 
*Satış və ya Ticari Marketinq sahəsində 2-3 il iş təcrübəsi (Merçendayzinq sahəsində təcrübə üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Ünsiyyət qurma bacarığı
*Qərar qəbul etmə bacarığı
*Danışıqlar apara bilmək qabiliyyəti
*Nəticə yönümlü
*Proqnozlaşdırma bacarığı
*Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dillərini bilmək
*MS Office Proqramlarını bilmək
*‘’B’’ kateqoriya sürücülük vəsiqəsi

Müraciət etmək üçün

CV-nizi   [email protected]  e-mail ünvanına göndərməyinizi xahiş edirik

Başlıqda “Sahə üzrə Merçendayzer” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251