VAKANSİYA

"Gilan Holdinq" işçi axtarır -VAKANSİYA
11 İYUL
2079

"Gilan Holdinq" işçi axtarır -VAKANSİYA

2018-07-11 15:10:00

Gilan Kənd Təsərrüfatı Qrupu Qusar rayonunda yerləşən meyvə bağı üçün Kargüzar vakansiyasına işçi axtarır.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Vəzifələri:

• Təsərrüfatın  kargüzarlıq xidmətində  istifadə  ediləcək  jurnal   formalarını  müəyyən   etmək; 
• Sənədlərin nüsxədə və ya elektron formada saxlanmasını təmin etmək; 
• Daxil  olan  məlumatların   aidiyyəti şəxslərə çatdırılmasını    təmin etmək;
• Məlumatların əlçatan olması və müəyyən edilməsi üçün informasiya daşıyıcıları üzrə qeydiyyat məlumatları, o cümlədən sənəd və 
• vəsaitlər üzrə açar sözlər hazırlamaq;
• Müəssisədə  istifadə  olunan  sənəd   formalarını hazırlamaq; 
• Müəssisəyə daxil olan və müəssisədən göndərilən, sənədləri müəssisə prosedurlarına uyğun şəkildə qəbul etmək,  toplamaq və rəsmiləşdirmək;  
• Sənədləri qeyd etmək, növünü müəyyən etmək, icraçılara    təyinatı  üzrə  çatdırılmasını  təmin  etmək; 
• Sənədlərin  icra  olunması  üzərində  nəzarəti təmin etmək; 
• Sənədlərin sürətini müxtəlif vasitələrlə (cap avadanlığı, bərkidici və yapışdırıcı maşınlar) çıxartmaq və çoxaldılmasını təmin etmək; 
• Sənədlərin/məlumat daşıyıcıların saxlanılmasını təmin etmək: 
• Arxivə   təhvil  veriləcək  sənədlərin   siyahısını   dəqiqləşdirmək; 
• Qeydləri, sənədləri və informasiyanı mətn, və təsvir formasında qeydə almaq və saxlamaq
• Xronoloji ardıcıllıqla, düzgün sıra və ya digər təsdiq olunmuş qaydada dəqiqliklə qruplara bölərək təsnifatlandırmaq, sistemləşdirmək və  indeksləşdirmək; 
• Yekunlaşmış sənədlərin fayllanmasını təmin etmək;

Tələblər:

• Ali təhsil
• MS Office proqramları
• Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı
• Məxfilik tələb olunan məlumatlarla işləmə bacarığı

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin:  https://hr.gilanholding.com/v/4837#

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272