VAKANSİYA

“Bank Respublika” işçi axtarır -VAKANSİYA
09 İYUL
1281

“Bank Respublika” işçi axtarır -VAKANSİYA

2018-07-09 16:13:00

Bank Respublika” ASC “Rəqəmsal bankçılıq üzrə analitik” vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə qarşı tələblər:

• İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzu olunandır
• IT sahəsi üzrə təhsil və nəzəri biliklər arzu olunandır;
• Komanda şəklində çalışmağı və müzakirələri aparmağı bacaran, fikrini düzgün və dolğun çatdıra bilən, müzakirə olunan məsələlərdə proaktiv mövqeyə malik olan;
• Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
• Stressə davamlı, çalışqan, öyrənəbilmək və ünsiyyətqurmaq bacarığı;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl olmalı, İngilis dili arzuolunandır.

Ümumi vəzifə öhdəlikləri:

• Rəqəmsal tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
• İşlənilmiş tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
• Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
• Rəqəmsal tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
• Daxili hesabatların hazırlanması və onların təhlili;
• Rəqəmsal tətbiqlərin daxili biznes-məntiqinin inkişaf etdirilməsi;

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 iyul 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Rəqəmsal bankçılıq üzrə analitik” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257